Xəbər verildiyi kimi, rusiyalı bəstəkar və müğənni İqor Nikolayev reanimasiyadadır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri Mash Telegram kanalı yayıb.
Qeyd olunur ki, sənətçidə kütləvi infarktın izləri aşkarlanıb. Nikolayev huşunu itirib və ona sakitləşdirici dərmanlar verilir.
Kanalın yayımına görə hazırda ən yaxın qohumları belə sənətçinin otağına buraxılmır.
Digər Telegram kanalı SHOT isə Nikolaevin ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyini bəyanlayıb.
Kanalın məlumatına görə, indi həkimlər sənətçinin əməliyyata ehtiyacı olub-olmayacağına qərar verirlər.
Onu da qeyd edək ki. Nikolayevin rəsmi nümayəndələrindən hələlik heç bir məlumat yoxdur. Bəstəkarın özü də heç bir şərh verməyib.
Xatırladaq ki, bundan əvvəl, bu ilin yanvarında musiqiçi infarkt şübhəsi ilə paytaxt xəstəxanalarından birinə yerləşdirilmişdi. Onun ürəyindən əməliyyat olunduğu iddia edilirdi. Müğənni isə sadəcə olaraq müayinədən keçdiyini bildirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB