Laima Vaikule bəyan edib ki, ruslar tövbə edib üzr istəsə, Rusiyada çıxış etməyə hazırdır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Tsarqrad” nəşri məlumat yayıb.
Maraqlıdır ki, latviyalı müğənni anti-Rusiya və rusofob mövqeyini də gizlətmir. Çoxsaylı müsahibələrində o, yorulmadan rus “totalitarizmi”ndən danışır.
Bundan əlavə, ifaçı Sovet İttifaqında onun üçün həyatın necə çətin olduğunu da tez-tez xatırlayır.
O da maraqlıdır ki, bir daha Rusiyada görünməyəcəyini, Rusiya ictimaiyyəti qarşısında çıxış etməyəcəyini deyən Vaykule, hər şeyin dəyişə biləcəyini də istisna etmir.
“...Bəlkə Rusiya tərəfindən üzrxahlıq və tövbə olsa, ölkə daxilində hər şey dəyişsə... Amma bu gün mənə elə gəlir ki, heç vaxt orada çıxış etməyəcəyəm”.
Latviyalı müğənni bildirib bunu.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB