Bu arada, ruslar latviyalı müğənni Laima Vaykulenin son zamanlar “...lap həddini aşdığını” və hətta Rusiya eləcə də rusları fəal şəkildə tənqid etməyə başladığını yazırlar.
Ruslara “yer eləyən” odur ki, o, hər müsahibəsində yüksək səsli bəyanatların yeni partiyasını verir.
Məsələn, mayın 9-dan əvvəl Vaykule Rusiya Federasiyasında Qələbə Paradının keçirməməməsini bəyan etmişdi.
Deyilənə görə, müğənni rusların bu bayramı özəlləşdirməsindən hiddətlənib.
Ruslar da yazır ki, bütün bunları təklif edən Vaykule məgər utanmır ki, məhz onun vətəni Latviyada Sovet dövründən qalan bütün abidələri demək olar ki, söküblər? O, hansı haqla Qələbə Gününün qeyd olunmasını qadağan edir?
Deyim ki, bunu Laimadan mən yox, ruslar soruşur.
...Başqa bir müsahibəsində Vaikule rusların pis genetikaya görə pis olduğunu bildirib və Rusiya vətəndaşlarını qul adlandırıb.
Və hətta latviyalı müğənn bu yaxınlarda rus sənətçilərinin çıxış etmək üçün Donbasa getməyə utanmalı olduqları barədə açıqlamaları ilə ictimaiyyəti,..rusları lap şoka salıb.
...Müğənni bu cür sözlərinə görə dərhal internetdə qınanıb və...indi gəl, rusların qabağını al.
Yəni əli “qələm” tutan bütün ruslar Vaikulenin ünvanına “döşəməkdədirlər”...
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB