Amerikalı məşhur bodibilder və model-aktrisa Liza Layon vəfat edib. SİA xəbər verir ki, aktrisa 70 yaşında dünyasını dəyişib. Mədəaltı vəzi xərçəngindən əziyyət çəkən Liza San-Fernandinodakı evində vəfat edib.

Qeyd edək ki, Lion "Playboy"da yer alan ilk qadın bodibilder kimi qəbul edilir. O, "Dənizçinin üç tacı", "Bodibildinq", "Vamp" kimi filmlərdə rol alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə