Bu arada amerikalı milyarder İlon Maskın on birinci övladının olduğu da bəlli olub.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, onu kanadalı müğənni Qrayms dünyaya gətirib.
Kütləvi informasiya vasitələri Maskın hələ dərc edilməmiş tərcümeyi-halına istinad edərək, oğlanın adının Texno Mexanius olsa da, Tau ləqəbi ilə tanındığını qeyd edir. Amma uşağın yaşı açıqlanmayır.
İddia olunur ki, bu, İlon Mask və kanadalı müğənni Qremsin üçüncü övladıdır - cütlüyün bir oğlu və bir qızı da var.
Ümumilikdə, İlon Maskın üç fərqli qadından 11 bioloji övladı olduğu güman edilir: yazıçı Djastine Uilsondan - əkizlər Qriffin və Xavier və üçəm Damian, Sakson və Kay, müğənni Qrayms ilə evliliyindən - oğlu Ex Eş Hey-Tvelve və qızı Exa Dark Sidereal.
Bundan əlavə, 2022-ci ilin iyul ayında “Tesla”nın top-menecerlərindən biri Şivan Zilisdən qeyri-qanuni əkizlər haqqında məlumat yayılmışdı.
Xatırladaq ki, Elon Musk və Qrayms 2018-ci ildə görüşməyə başlasalar da, artıq 2021-ci ildə cütlük ayrıldıqlarını elan etdilər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB