Laimanın işi “getdi” Rusiya Federasiyasının Baş Prokurorluğuna...

Rusiyanın Ukraynaya qarşı başladığı xüsusi hərbi əməliyyatdan sonra müğənni Laima Vaykule Rusiya ilə əlaqələrdən tamamilə imtina edib.

Etiraf edək ki, şoxları bu qərardan şoka düşüb.

Hazırda köhnə dostları və pərəstişkarları ilə ünsiyyəti dayandıran latviyalı müğənni bütün rus xalqını qul adlandırmaqdan da çəkinməyib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, buna baxmayaraq, guya onun Rusiyadakı şirkətlərini hələ də bağlanmayıb.

“Mash” Telegram kanalının məlumatına görə, Laima Vaikulenin şirkətinin illik gəliri təxminən 300 milyon rubl təşkil edir.

Ancaq təəccüblüdür ki, onun xalis qazancı bir neçə min olaraq qalır.

“Ötən ilin avqustunda onun gözəllik salonları və kosmetika, mebel və bütün digər aksesuarların satışı ilə məşğul olan “Laimalukss Latvia” şirkəti “Laima-Lux Rus” MMC-dəki iştirak payını əsas təsisçi və iştirakçı Şiraz Məmmədova (...özümüzküdür, Ağdaşda doğulub-A.B.) versə də, benefisiar hələ də Vaikule olaraq qalır”.

“Mash” yazır bunu.

Qeyd edək ki, bu arada “baş verənlərə” diqqət çəkən Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin rəhbəri Vitali Borodin, Laimanın gəlirlərini gizlətməklə vergidən yayınmasından şübhələnib.

Buna görə də o, Rusiya Federasiyasının Baş Prokurorluğuna müraciət göndərib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə