Deyilənlərə görə, bu yaxınlarda Laima Vaikule ruslara çox pis qarğış edib, yəni onlara daimi qorxu içində yaşamalarını arzuladığını bildirib.
Və təbii ki, bu ruslara xoş gəlməyib və hətta onların bir çoxunu hiddətləndirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bununla bağlı Sovet və rus bard-rok müğənni-bəstəkarı Yuri Loza Laimanın "atasını yanırmaq" ehtimalı olan “gözəl” bir təkliflə çıxış edib.
Belə ki, onun təklifinə görə, bütün ruslar Laima Vaikuleni birdəfəlik olaraq unudaraq, onu xəbər resurslarından kənarlaşdırmalıdırlar.
Lozanın sözlərinə görə, indi, xüsusən də Rusiyada Laima Vaykule heç kimə lazım deyil.
Əgər biz bu gün müğənni Vaykulaya “unutma” üsulunu tətbiq etsək, o, tezliklə kölgəyə girəcək və qələt edib ruslar barədə təxribat xarakterli açıqlamalarına diqqət çəkməyi dayandıracaq.
“O bizim üçün kimdir? Heç kim! Bundan başqa, bizim də maraqlı həmvətənlərimiz var”, - Loza bəyan edib bunu.
Bizdə necə deyərlər, yəni doğrudanmı, yandı Vaikulenin “dədəsi”..?
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB