Məşhur cütlük ilk dəfə boşanmaları ilə bağlı açıqlama yaydı
Xəbər verdiyimiz kimi, "Taxt oyunları" serialının ulduzu Sofi Törner və müğənni həyat yoldaşı Co Conas boşanır. SİA xəbər verir ki, ifaçı və aktrisa sosial şəbəkədə eyni paylaşımı edərək ilk dəfə boşanmaları ilə bağlı açıqlama yayıb: "Dörd illik gözəl evlilikdən sonra qarşılıqlı olaraq ayrılmaq qərarına gəldik. Səbəbi ilə bağlı çoxlu fərziyyələr var, amma bu, əslində ümumi bir qərardır. Ürəkdən ümid edirik ki, hamı bizim və uşaqlarımızın şəxsi həyatına hörmətlə yanaşacaq".
Qeyd edək ki, Sofi və Co 2019-cu ildə evlənib. Onların iki qız övladı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB