Mətanət İsgəndərli keçmiş gəlini haqda nələri dedi?

“Mən onunla həyatı boyu barışmaram. Yazırlar ki, gəlini. Ondan nə gəlin olar? Olacaq? Bir adam ki, balalarını atıb gedir, o insan deyil. Heyvan heyvanlığı ilə balasını atıb getmir. Boşanmısan, çıx get. Bu da ailə qurub. Kərimin də təzə övladı olub. Şükür Allaha ki, Kərimi hamı bilir. İçki içməz, siqaret çəkməz, ailəsi üçün ölür". SİA xəbər verir ki, bu sözləri əməkdar artist Mətanət İsgəndərli "Yaxşıya doğru" verilişində deyib.

"Təsəvvür edin ki, bu qız atıb gedən kimi, dedi ki, ana, məni evləndir. O, bir qızla danışdısa, onu heç vaxt aldatmaz. O, ancaq həmin qızla evlənməlidir. Belə insandır” - deyə əməkdar artist qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə