Məşhur aktyor Türkiyəni qürurlandırdı - FOTOLAR

Venesiya Film Festivalının bu ilki qonaqlarının böyük əksəriyyətini Türkiyə ulduzları bəzəyir. Və bu, izləyicilərin xüsusilə ürəyincədir. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, festivalın dördüncü günündə nümayiş olunan və gənc aktyor Can Bartu Arslanın baş rolda oynadığı "Yurd" filmi böyük maraqla qarşılanıb. Belə ki, nümayişdən sonra tamaşaçılar ayağa qalxaraq filmi bir neçə dəqiqə alqışlamağa davam ediblər.

Qeyd edək ki, ekran işi Venesiya Film Festivalının Orizzonti bölməsində "Qızıl Aslan" uğrunda yarışacaq.

Can Bartu Arslan Nehir Tunanın ilk bədii filmi "Yurd"da 14 yaşlı orta məktəb hazırlıq kursu tələbəsi Əhmədin həyatını canlandırır. Filmdə digər baş rolları Doğa Karakaş, Ozan Çelik, Tansu Biçer və Didem Ellialtı ifa edib.

Bütün xəbərlər Facebook səhifəmizdə