Aktrisa Tuba Büyüküstün gülüş obyektinə çevrildi - FOTOLAR

"Lüks nədir" videosu ilə gündəm yaradan aktrisa Tuba Büyüküstün gülüş obyektinə çevrilib. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisanın "Lüks nədir" videosunda "Çox pula sahib olmaq və bu pula maşın, təyyarə, çanta ala bilmək lüksdür? Yoxsa özəl xüsusiyyətlərə sahib olmaq? Heç kimdə olmayan tək şey? Yoxsa sadəcə özün ola bilməkdir? Sadə olmaq, sakit ola bilmək, bəsit, yoxsa dəli. Hər necəsən elə olmaq, ya başqa şeylərə ehtiyac duymamaq lüksdür?" deməsi diqqət çəkmişdi.

Lakin onun son postunda Parisdəki evindən fotolar paylaşması birmənalı qarşılanmayıb. Belə ki, onun bu paylaşımına izləyiciləri "Parisdəki evimdən doğulduğum coğrafiyaya qədər fəlsəfə danışmaqdan lüksdür" sözlər yazaraq aktrisanı tənqid edib.

Bütün xəbərlər Facebook səhifəmizdə