ANS-in məşhur aparıcısı ilk dəfə bunu açıqladı - FOTOLAR

Həyat hekayəm göz önündə olduğu üçün övladı olmayan bir çox xanımlardan mesaj gəlir. Tək-tək onlara zaman ayırıb, cavablayıb, ümidləndirib, məsləhət verirəm. Qızlar hər birinizin durumunu öyrənə bilməsəm də, inanın ki, hər zaman dualarımdasınız. SİA xəbər verir ki, bu sözləri ANS kanalının məşhur aparıcısı Gülnarə Məmmədova sosial mediada yazıb. Ailə qurduqdan sonra Türkiyəyə köçən aparıcı onunla oxşar taleyi yaşayan qadınlara dəstək olub. O, həm də etiraf edib ki, bir müddət ana olmaq həsrəti ilə yaşayıb.

"Allah hər zaman hər kəsin ürəyinə görə verir. Həyatda heç vaxt heç kimi qısqanmayın, yaxşılıq edin. İnsanları çox sevirəm və hər gün mütləq kiməsə xoş sözlər deyirəm. Deməsəm, tərifləməsəm, elə bilirək ki, nəysə əksik qalıb. Birini xoşbəxt etmək, sevindirmək cox xoşuma gəlir", - G.Məmmədova qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə