Selena Qomez bədbəxt hadisə ilə üzləşib - FOTO

30 yaşlı məşhur müğənni Selena Qomez bədbəxt hadisə ilə üzləşib. SİA xəbər verir ki, sənətçi qolunu sındırıb. Sosial şəbəkədə fotolarını paylaşan müğənni radio şoularının birində hadisənin necə baş verdiyini danışıb: “Mən çox istərdim ki, kiminsə həyatını necə xilas etdiyim və ya buna bənzər bir şey haqqında çox gözəl bir hekayəm olsun. Ancaq mən sadəcə uzun yay paltarında maşından evə getdim zaman ayağım ətəyimə ilişdi və yıxıldım".

Bütün xəbərlər Facebook səhifəmizdə