Britni Spirs tel hissəsində ilan döyməsi etdirdi - FOTO

Məşhur Müğənni Britni Spirs tel hissəsində ilan döyməsi etdirib. SİA xəbər verir ki, o, bu barədə şəxsi bloqunda paylaşım edib.

Müğənni ustanı evə dəvət edib və bütün prosesi kameraya çəkib. O, Sem Əsgəridən boşanma xəbərindən sonra dəyişməyə qərar verib.

Avqustun 16-da məlum olub ki, Britni Spirs toydan bir il sonra Sem Əsgəri ilə boşanıb.

Jurnalistlərin sözlərinə görə, bir həftə əvvəl Əsgəri həyat yoldaşının xəyanəti ilə bağlı şayiələrə görə onunla böyük dava edib. Bundan sonra onların ümumi evindən köçüb və boşanmaq üçün məhkəməyə müraciət edib.

Media Britni Spirsin ərini məişət zorakılığına məruz qoyduğunu - xüsusən də yatmış Əsgəriyə hücum etdiyini yazıb.

Sem Əsgəri ilk dəfə avqustun 18-də ulduzdan boşanmasından danışıb .

"Altı illik sevgi və sədaqətdən sonra həyat yoldaşımla birlikdə səyahətimizi bitirmək qərarına gəldik. Biz bir-birimizə olan sevgi və hörmətimizə sadiq qalacağıq və ona ən yaxşısını arzulayıram!" - o deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə