Axedjakova ordunu nüfuzdan salma maddəsi ilə yoxlanılacaq

Bu arada Aktrisa Lea İdris qızı Axedjakova ilə bağlı Rusiya Federasiyası Silahlı Qüvvələrini nüfuzdan salmaq maddəsi ilə istintaq başlayıb.

SİA xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunur ki, yoxlama Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin təşəbbüsü ilə həyata keçirilib. Yoxlamanın nəticələrinə əsasən prosessual qərar qəbul ediləcək.

Rusiya KİV-lərinin məlumatına görə, Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin rəhbəri Vitali Borodin aktrisanın yoxlanılması üçün Daxili İşlər Nazirliyinə sorğu göndərib.

Yoxlamaya səbəb Almaniyanın Bremen şəhərində onun iştirakı ilə tamaşanın keçirildiyi səhnəyə Axedjakovanın Ukrayna bayrağı ilə çıxması olub.

Qeyd edək ki, Rusiya ordusunu gözdən saldığına görə sənətçini cərimə və ya inzibati həbs gözləyir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə