Venesiya festivalının ikinci günündə nələr yaşandı? - FOTOLAR
İtaliyada 80-ci Venesiya Film Festivalının ikinci gününün tədbirləri baş tutub. SİA xəbər verir ki, eyni anda iki yüksək səviyyəli premyera gerçəkləşib. Rejissor Maykl Mannın Adam Drayver, Penelopa Kruz, Daniela Piperno və Patrik Dempsi ilə birlikdə çəkdiyi "Qraf" və "Ferrari" filmləri nümayiş olunub. Hollivud ulduzlarının çoxu 60 ilin ən böyük etiraz tətili ilə əlaqədar festivala qatılmasalar da, bəzi aktyorlar qırmızı xalçaya çıxaraq poza verib və bunu böyük məmnuniyyətlə ediblər.
Məsələn, yarış pilotu Piero Taruffi rolunu oynayan Patrik Dempsi "Ferrari"nin premyerasını buraxmaq istəməyib. Bu isə təəccüblü deyil, Dempsi avtomobillərə və yarışlara həsr olunmuş layihələrin heç birini buraxmır. O, dəfələrlə müsahibələrində yarışın onun həyatının həqiqətən vacib hissəsi olduğunu deyib.
"Yarışda olanda, hazırda baş verənlərdən başqa heç nə haqqında düşünmürsən", - Dempsi bildirib.
Adam Drayver də tətilə baxmayaraq, Venesiya Film Festivalının qırmızı xalçasına çıxıb. Məlum olub ki, aktyor festivalda iştirak etmək üçün müvəqqəti razılıq alıb, çünki onun yeni filmi "Ferrari" müstəqil studiya istehsalıdır. Dayverin həmkarlarının çoxu onun tətilin qızğın vaxtında Venesiyaya getməsindən hiddətlənib, lakin filmin rejissoru Maykl Mann Adamı dəstəkləyib.
" ''Ferrari" uğur qazandı, çünki filmdə işləyən insanlar Adam və mənim vəziyyətimizdə olduğu kimi böyük maaş almadan işləyirdilər. Bu film böyük bir studiyanın dəstəyi ilə çəkilməyib – heç bir böyük studiya bizə çek yazmayıb. Buna görə də biz buradayıq, etiraz tətildə iştirak edənlərlə isə həmrəyliyimizi bildiririk", - Maykl bildirib.
Gecədə "The Rolling Stones" qrupunun daimi solisti Mey Caqqerin qızı Corciya da qatılıb. 31 yaşlı model Venesiya Film Festivalının ikinci günündə qara libası ilə qırmızı xalıda göz qamaşdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB