İrina Şeyk açıq-saçıq geyimdə fotosessiya etdirib - FOTOLAR

Supermodel İrina Şeyk açıq-saçıq geyimdə fotosessiya etdirib. SİA xəbər verir ki, o, şəkilləri sosial şəbəkədəki hesabında paylaşıb.

Model kamera qarşısına keçərək lüt bədənə geyindiyi dar köynəkdə pozalar verib. Təsviri uzun sırğalar, qolflar və hündürdaban ayaqqabılar tamamlayıb.

Xatırladaq ki, İrina Şeyk bütün yay diqqət mərkəzində olub. İyun ayında tabloidlərdə Şeykin model Qisele Bündxenin keçmiş əri, futbolçu Tom Bredi ilə görüşməyə başladığı barədə məlumatlar yayılıb. O vaxtdan bəri cütlük dəfələrlə paparassilərin obyektivlərinə tuş gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə