Şəhriyar Əbilov oğlunu belə təbrik etdi

Aparıcı və aktyor Şəhriyar Əbilov "İnstagram" hesabında oğlu Osmanın doğum günü ilə bağlı paylaşım edib. SİA xəbər verir ki, paylaşıma deyilir: "Həyatımın ən önəmli hissəsi yaşama səbəbim oğlum, Allah səni hər zaman nurlu kölgəsində saxlasın, amin. Allah bizə də ömür versin ki sənin gözəl günlərini görək, səninlə fəxr edək. Mənim ad günümün hədiyyəsi. Osman bəy, ad günümüz mübarək".

Qeyd edək ki, Şəhriyar Əbilov 2 il öncə qatıldığı verilişlərdən birində rəqqasə və aktrisa Oksana Rəsulova ilə 4 ildir ailəli olduğunu açıqlayıb. Açıqlamadan bir neçə ay sonra isə cütlük ayılmaq qərarına gəldiklərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə