Avqsutun 25-də xərçəng xəstəliyindən vəfat edən Şəhriyar Rəhimovun həyat yoldaşı paylaşım edib. SİA xəbər verir ki, Suğra Rəhimova "Facebook" səhifəsindəki postunda 34 yaşında dünyasını dəyişən millimizin üzvü barədə bunları qeyd edib:
"Mənim sevgim, gücüm, istisnasız hər şeydə dəstəyim. Bu həyatı yaşamaq üçün ikinci şansım olsaydı, yenə səninlə bu yolu gedərdim. Sən mənə ömürlük sevgi bəxş etdin. Amma yandırdın, kül etdin məni…"
Qeyd edək ki, Şəhriyar Rəhimov karyerası ərzində "İnter", AZAL, "Zirə", "Kəpəz" və "Səbail" kimi klublarda çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB