Bəzi dostluqlar, tanışlıqlarda sən verdiyin dəyərdən gözün o qədər kor olur ki, qarşı tərəf sənə dəfələrlə haqsızlıq və səhvlər edəndə belə sən keçirsən, bağışlayırsan və unudursan. Amma son yaşadığım hadisələr mənə öyrətdi ki, heç kimə ikinci şansı verməyərək, ilk səhvində sağollaşmaq, uzaqlaşmaq lazımdır. SİA xəbər verir ki, bu sözləri aparıcı Turanə Hüseynli instaqramda yazıb. Ad çəkmədiyi köhnə tanışlarına sosial media üzərindən ismarış göndərən məşhur o insanlardan uzaqlaşdıqdan sonra özünü yaxşı hiss etməyə başladığını vurğulayıb.

"Çevrəmi təmizlədim. İndi rahat nəfəs ala bilərəm. Allaha təşəkkür edirəm", - Turanə qeyd edib

Bütün xəbərlər Facebook səhifəmizdə