Elgizdən Xalq artistinin qızına irad - FOTO

Xalq artisti Yaşar Nurinin qızı Ülkər maraqlı açıqlaması ilə diqqət çəkib. SİA xəbər verir ki, Ülkər iştirak etdiyi verilişdə iddia edib ki, yemək bişirmək üçün gərək kimisə sevsin.

"İstəyəndə yemək bişirə bilirəm. Sevdiyim insanlar olanda bişirərəm. Evə adam gələndə anam nə bişirsə odur. Xəmir xörəkləri edə bilmirəm, ancaq istəsəm öyrənərəm".

Xalq artistinin qızının bu fikirləri birmənalı qarşılanmayıb.

Qeyd edək ki, aparıcı Elgiz Əkbər isə "qırxında öyrənən, gorunda çalar" deyərək, ona irad tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə