Türkiyənin məşhur müğənnisi Bengü Poll Production-un Polat Yağcının təşkilatçılığı ilə keçirilən açıq hava konsertləri çərçivəsində pərəstişkarları ilə görüşüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, məşhur sima səhnəyə diskoteka topu üzərində enib. Müğənni İstanbulda uzun müddət sonra konsert verdiyini və musiqilərinin brilyantdan daha dəyərli olduğunu deyib: “Uzun müddətdən sonra İstanbulda çıxış edirəm. Böyük repertuar və tamaşa hazırlamışıq. 20 ildə çoxlu əsərlər yığmışam. Bunlar mənim üçün qızıl və brilyantdan daha qiymətlidir”.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB