Çingiz Mustafayev həyatından danışdı - VİDEO

Pula marağı süni yaratmağa çalışıram. Özümə motivasiya verirəm, nəyəsə baxıram ki, məndə pula həvəs yaransın, nələrsə edim. SİA xəbər verir ki, bu barədə müğənni Çingiz Mustafayev aparıcı Turanə Hüseynlinin "Qız kimi" yutub layihəsində deyib. Turanə Hüseynlinin ikinci verilişinin qonağı olan sənətçi daxili dünyası baradə damışıb. Çingiz həm də həyatındakı çətinliklərdən söz açıb:

"O bir dönəm idi, keçdim. 3 il oldu məndə. Çox şey keçdim, o barədə bəlkə də serial çəkmək lazımdır. Dibin dibini gördüm. Çox şükür indi yaxşıyam. Zatən bilirdim ki, düzələcək, keçəcək. İslamda da gözəl həqiqətlər var, sən sınanırsan hərdən. Demirsən ki, Allahı sevirsən, o zaman al sənə kiçik bir imtahan. Görüm onda da sevəcəksən. Biz hamımız Allahı yaxşı olanda sevirik, bir az çətinliyə düşən kimi, bizdə naşükürlük başlayır. 3 il ərzində hərtərəfli sınaqdan keçdim, istər sağlamlıq, istə psixoloji, istər maddi, istərsə də yaradıcı...", - Çingiz qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə