İstanbulda aktrisa evini güllələyiblər - FOTOLAR

İstanbulda aktrisa Gözde Mukavelatin evini güllələyiblər. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə aktrisa sosial mediada məlumat verib. O, bildirib ki, güllə evin divarına dəyib. Anası ilə birlikdə ölümdən qayıtdıqlarını deyən aktrisa hadisəni belə ifadə edib:

"Allaha əmanətik. Güllələrdən biri anamın başına dəyə bilərdi. Ölkədə təhlükəsizlik böyük problemdir. Evin içində tərpənə bilmədik. Kim olduğunu bilmirik, mənim düşmənim yoxdur, amma bilmirsən ki... Anam xəstədir, çox həyəcan keçirdik.

Polis gəlib gülləni axtardı, amma tapsa da heç nə edə bilməyəcəklərini dedilər. Çünki qanunsuz silahlar var. Yan küçələrdə kamera yoxdur. Biz Allaha tapşırılmışıq. İki ay əvvəl də qapıma fırıldaqçılar gəlmişdi. Güvənli bir yerdə yaşamıram, amma bura İstanbulun ürəyi Şişlidir... Burada belə hal baş verirsə, başqa yerdə nə baş verir? Ehtiyatlı ol deyə bilmirəm, qəribədir".

Bütün xəbərlər Facebook səhifəmizdə