14 il əvvəl vəfat edən məşhur xarici sima Maykl Cekson təcavüzdə ittiham edilir. SİA xarici mətbuata istinadən xəbər verir ki, uşaqlıq illərində Maykl Cekson tərəfindən dəfələrələ cinsi istismara məruz qaldığını deyən şəxslər sənətçinin ailəsini məhkəməyə veriblər.
Hazırda 40 yaşları olan Wade Robson və James Safechuck illər sonra onun barəsində bu iddia ilə çıxış ediblər. Onlar bu təcavüzün 80-ci illərin sonu və 90-cı illərin əvvəllərində Ceksonun Neverland malikanəsində qalarkən baş verdiyini bildiriblər.
Təcavüzə məruz qalan şəxslər illərdir ki, bu ittihamla çıxış etmək istəs'lər də, onları Cekson ailəsi tərəfindən tutulan vəkillər susdurmağa çalışıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB