Kim Kardaşyan yeni saç düzümünə görə internet istifadəçiləri tərəfindən tənqid edilib. SİA xəbər verir ki, bu barədə “Gazeta.ru” yazıb.
Ötən gün 42 yaşlı Kim Kardaşyan şəxsi bloqunda yeni imicdə abunəçilərin qarşısına çıxan videonu yayımlayıb. O, qısa saç düzümü etdirib. Lakin istifadəçilər Kim Kardaşyanın transformasiyasını yüksək qiymətləndirməyiblər.
Onu sosial şəbəkələrdə “Charlie and the Chocolate Factory” filmindən Villi Vonka və “Shrek” filmindən Lord Farquaad ilə müqayisə ediblər.
İstifadəçilər “Tvitter”də yazıblar: "Şokolad fabrikini təbrik edirəm, Kim", "Kim Lord Farkuada bənzəyir", "Kim şokolad fabrikini idarə etməyə başlayanda biz nə edəcəyik?", "Mən bunun Villi Vonka olduğunu düşündüm".
Ötən həftə Kim Kardaşyan idman edərkən ciddi zədə aldığını etiraf edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB