Türkiyənin tanınmış aparıcısı Fulya Öztürk Bakıya gəlib. SİA xəbər verir ki, Türkiyədən gələn bir qrup jurnalist Lalə Azərtaş və Xəzər telekanalının rəhbəri Murad Dadaşovla görüşüb.

Onların birgə yeni layihəyə hazırlaşdığı bildirilir. Bu barədə L.Azərtaş məlumat verib:

"Türkiyəli həmkarlarımızla çox məhsuldar görüş keçirdik. Danışdığımız önəmli layihələrdən yaxın günlərdə hamı danışacaq. Bizə uğur olsun".

Lalə Azərtaşla rəfiqə olan Fulya Öztürk Bakıda olduğu müddətdə tez-tez onunla birgə paylaşımlar edib və onu çox sevdiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə