Rusiyanın R'n'B-nin kraliçası, Bianka ləqəbli məşhur müğənni Tatyana Lipnitskaya hormonal uğursuzluq və stress səbəbindən 30 kiloqram kökəlib. SİA xəbər verir ki, artıq çəki ilə əlaqəli mədə problemləri və qida allergiyası ilə qarşılaşan sənətçi sağlamlığı ilə əlaqəli çətin günlər yaşayır. O, artıq əvvəlki kimi çalışa və səhnədə təsirli ola bilmədiyini deyib.
"Sanki hər zaman arxada 30 kiloqramlıq bel çantası geyinirəm. Mənim üçün yerimək, rəqs etmək, oxumaq, yaşamaq, yatmaq, hətta yemək ağırdır", - ulduz Beşinci Kanala verdiyi müsahibədə etiraf edib.
Buna baxmayaraq, Bianka özünü ələ ala bilib. Müəyyən müayinələrdən sonra ona hormonal dərmanlar və xüsusi pəhriz təyin edilib. İdman zalında və hovuzda məşq isə onu həyatına qaytarıb. Müğənni xəstəlikdən əvvəl olduğu çəkiyə qayıtmaq üçün daha beş kiloqram arıqlamalıdır. Lakin Bianka daha 10 kiloqram arıqlamağı və daha sonra liposkulptura ( piylərin qarın bölgəsindən ombalara köçürülməsi əməliyyatı) etməyi planlaşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB