Anna Netrebkonun Praqadakı konserti ləğv edilib

Rusiya və Avstriya opera müğənnisi Anna Netrebkonun Praqada konserti ləğv edilib. Bu barədə Bələdiyyə Evinin və konserti təşkil edən agentliyin nümayəndələri məlumat veriblər.

SİA-nın əldə etdiyi məlumata görə, Rusiyanın Ukraynaya geniş miqyaslı işğalından əvvəl Vladimir Putinə dəstək üçün çıxış edən rusiyalı ifaçının konserti ilə bağlı açıqlaması Ukraynanı dəstəkləyən fəalların hiddətinə səbəb olub. Ukraynanın Çexiyadakı səfirliyi ilə məsələni müzakirə edən Praqa meriyası da konsertin ləğvinə dəstək verib. Meriya öz qərarı ilə konserti ləğv edə bilməsə də, keçirilməməsi ilə bağlı tövsiyə verib.

Qeyd edək ki, təşkilatçılar konsertin ləğvinin əleyhinə olduqlarını, lakin Netrebko ilə razılığa gəldiklərini bildiriblər.

Yeri gəlmişkən, Netrebko tamaşanın ləğvinə görə təzminat tələb etməyəcək, bilet alanlara isə (yerlərin 80 faizdən çoxunun satıldığı iddia edilir) pul ödəniləcək.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə