Əməkdar artist Aybəniz Haşımovanın qızı, tanınmış influenser Aynişan Quliyeva zob xəstəliyindən əziyyət çəkdiyini deyib. SİA xəbər verir ki, bu barədə Aynişan özü instaqramda məlumat verib. O bildirib ki, xəstəliyi ilə əlaqədar olaraq qlutensiz qidalanır:
"Haşimoto növüdür. İllər sonra bilmişəm ki, bu xəstəliyi olan insanlar daim dietada olmalıdılar. İllər sonra öyrəndim, kaş ki, tez bilərdim. Çünki bir gün oyananda kök, bir gün isə arıq olduğumu görürdüm. Səbəbini başa düşmürdüm. Tərəzidə çəkim az olsa da, kök görünürdüm. "O Səs Türkiyə" yarışmasında 54 kq idim, amma kök görünürdüm. Bütün bədənimdə və üzümdə ödem var idi.
Dəhşətli baş ağrılarım olurdu, yatıb-dursam da getmirdi, heç bir ağrıkəsici təsir göstərmirdi. Analizlər nəticəsində haşimota diaqnozu qoyuldu. Dərman içməyə başlayandan sonra bədənimin şişkinliyi azaldı, amma yenə də yetərli deyildi", - influenser qeyd edib.
Aynişan bildirib ki, bir neçə il əvvəl diyetoloqa getdikdən sonra həkim ona qlütenli qidalardan uzaq durmağı tövsiyə edib:
"Qlütenli qidalara vermişel, makaron və pasta kimi məhsullar daxildir. Qarabaşaq, düyü və bulqurda isə qlüten olmur. Həmçinin öyrəndim ki, bir çox hazır sousların da tərkibində qlüten var imiş. Qlüteni kəsəndən sonra beynim daha yaxşı işləməyə başladı. Həkimim dedi ki, həqiqətən belədir. Çünki bədənin qlüteni həzm edə bilmədiyi üçün bütün gücün onu həzm etməyə sərf olunur, artıq onu yemədiyin üçün bədənin stresssizdir və yorğun deyil. Köhnə şəkillərimə də baxanda görürəm ki, qlüteni kəsəndə gözəlləşirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB