Gürcüstanda konsert verən Amerikanın “The Killers” qrupu rusiyalı baraban ifaçısını səhnəyə dəvət etdikdən sonra fitə basılıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, konsert zamanı qrupun solisti Brendon Flurs rusiyalı baraban ifaçısını tamaşa zalından səhnəyə dəvət edib. Tamaşaçıların narazılığından sonra musiqiçi “hamımız qardaşıq” deyib. Belə ki, bundan sonra tamaşaçılar ifaçıları fitə basıb. pərəstişkarlardan bəziləri konserti tərk edibş
“Radio Tbilisi” isə qrupun mahnılarını efirdən götürüb.
Sosial şəbəkə istifadəçiləri qrupun konsertini tamaşaçıların çığırtıları və etiraz qışqırıqları ilə başa vurduğunu yazır.
Qeyd edək ki, konsert Batumi yaxınlığındakı Qara Dəniz Arenasında keçirilib.
Daha sonra musiqiçilər baş verənlərə görə üzr istəyiblər. Onlar sosial mediada izdihamın içindən insanları baraban çalmağa dəvət etməyin onların çoxdankı ənənəsi olduğunu və “heç kəsi incitmək istəmədiklərini” deyiblər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB