Xalq artisti toyda geyimi ilə göz qamaşdırdı

Arıqladıqdan sonra istənilən növ geyimi özünə icazə verən Xalq artisti Aygün Kazımova izləyicilərini bir daha təəccübləndirib. SİA xəbər verir ki, son günlərdə seksual geyim stili ilə gündəmdən düşməyən sənətçi dünən çıxış etdiyi məclisdə bütün diqqətləri öz üzərinə çəkib. Hər iki tərəfdən qarın hissəsinə qədər dərin yarığı olan qırmızı libası marağa səbəb olub. Həmçinin sinə dekoltesi olan qırmızı məxmər geyimdə Xalq artisti bütün gecə boyu sözün əsl mənasında göz qamaşdırıb.

Məlumat üçün bildirək ki, 52 yaşlı məşhur arıqlamaq üçün yanvar ayında cərrahi əməliyyat keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə