Hip-hop ifaçısı Tekashi 6ix9ine (Daniel Hernandez) ABŞ-ın Florida ştatında məhkəməyə gəlmədiyi üçün həbs edilib. SİA xəbər verir ki, bu barədə "The Sun" yazıb.
İfaçı çərşənbə axşamı, avqustun 9-na keçən gecə saxlanılıb. Sənətçinin təxminən üç saatdan sonra həbsdən buraxıldığı qeyd edilir. Məlum olub ki, Tekaşi girov müqabilində sərbəst buraxılması üçün 2000 dollar ödəməli olub.
Xatırladaq ki, martın 22-də musiqiçi idman zalında döyülüb. Tekaşinin vəkilinin sözlərinə görə, bir qrup naməlum şəxs ifaçını saunadan çıxarıb. Daha sonra kişilər onu yerə yıxaraq döyməyə, təpikləməyə başlayıblar. Çənə, qabırğa və bel nahiyəsindən xəsarət alan sənətçi xəstəxanaya yerləşdirilib. Hücumun səbəbi barədə məlumat verilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB