Beləliklə, sentyabrın 18-də keçirilməsi planlaşdırılan “Emmi” mükafatlandırma mərasimi 2024-cü il yanvarın 15-də baş tutacaq.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, mərasim 2001-ci ildə ABŞ-da baş verən terror aktlarından sonra ilk dəfədir ki, təxirə salınır. Qərar maaşların artırılması üçün mübarizə aparan ABŞ Ssenaristlər və Aktyorlar Gildiyasının tətili fonunda qəbul edilib.
Təxirə salınma nəticəsində “Emmi” mükafatları qış mükafatları mövsümündə “Qızıl Qlobus” və “Tənqidçilərin Seçimi” Film Mükafatları ilə yanaşı keçiriləcək.
“Variety” jurnalı bildirir ki, “Emmi” mükafatları 2022-ci il iyunun 1-dən 2023-cü il mayın 31-dək, digər mükafatlar da 1 yanvar - 31 dekabr 2023-cü il tarixləri nəzərə alınmaqla işlərə layiq görüləcək.
Beləliklə, eyni serialın müxtəlif sezonları mükafatlarla təltif oluna bilər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB