Günel Hümbətova açıq mesaj yollayıb - FOTOLAR

Bu yaxınlarda həyat yoldaşı Firuz Soliyevdən boşandığını açıqlayan eks-aparıcı Günel Hümbətova sosial media üzərindən ona açıq mesaj yollayıb. SİA xəbər verir ki, Amerikada yaşayan aparıcı sosial şəbəkədə şəkil paylaşaraq keçmiş ərinin dostlarının onu izlədiyini deyib.

"Dost siyahımdakı insanlar mənə nadir hallarda mesaj göndərsələr də və ya yazılarımla əlaqə saxlasalar da, həyatımdakı yeniliklərdən xəbərdar olmaq üçün hekayələrimi və səhifəmi izləməkdən həzz alması məni əyləndirir.
Oh, bu maraq! Xüsusilə keçmiş ərimin dostları", - 32 yaşlı aparıcı qeyd edib.

Qeyd edək ki, cütlüyün nikahlarından bir qızı var.

Bütün xəbərlər Facebook səhifəmizdə