Xalq artisti Aygün Kazımova izləyicilərini keçmişə aparıb. SİA xəbər verir ki, restoranların birində "Gecələr keçir" adlı kompozisiyasını ifa edən sənətçi bu görüntülərini instaqramda paylaşıb. Sözləri Vahid Əzizə, bəstəsi isə Xalq artisti Eldar Mansurova aid olan mahnı ulduzun izləyicilərinə nostalgiya yaşadıb.
Yanvar ayında artıq çəkidən xilas olmaq üçün əməliyyat olunan 52 yaşlı ulduzun geyimi isə ifasına xüsusi bir rəng qatıb. Mini yubka geyinən sənətçi ideal bədən quruluşu ilə bütün diqqətləri öz üzərinə çəkib.
Qeyd edək ki, sözügedən mahnını Aygün Kazımova 90-cı illərin ortalarında, yaradıcılığının ilk illərində ifa edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB