"Oskar" mükafatlı aktrisanın gəlinliyi gündəm oldu

Məşhur aktrisa Mişel Yeoh bu dəfə gəlinlik modeli ilə gündəmə gəlib. SİA xarici mətbuata istinadla xəbər verir ki, 60 yaşlı aktrisa bu yaxınlarda 19 ildir birlikdə olduğu nişanlısı Jan Todtla ailə həyatı qurub.

Onun toy mərasimində geyindiyi gəlinliyin üzərində insan siması təsvir olunub. Dizayner gəlinliyin üzərindəki detalları "Xoşbəxtlik üzü" adlandırıb. Bu detallar qızıl və mirvari ilə işlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə