Saç tökülməsi ilə artıq barışmışdı, amma...

Aktyor Uill Smitin həyat yoldaşı, amerikalı aktrisa Jada Pinkett-Smith bir neçə ildir əziyyət çəkdiyi saç tökülməsinə səbəb olan alopesiya ilə mübarizədə uğur qazana bilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “People” nəşri yazır.

51 yaşlı Pinkett-Smith sosial şəbəkədə saçlarının bir neçə düym geri uzandığını göstərən təzə selfi yayımlayıb.

“Burada saçlar sanki geri qayıdacaq kimi davranır. Hələ də problemli sahələr var, amma görəcəyik”- deyə o bildirib.

Qeyd edək ki, aktyor Uill Smithin həyat yoldaşı keçəlliklə mübarizəsindən ilk dəfə 2018-ci ildə danışmışdı.

Maraqlıdır ki, o zaman xanım, saç tökülməsi ilə artıq barışdığını bəyan etmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə