Kamil Zeynallı BƏƏ-yə istirahətə yollanıb

Son aylar imicində etdiyi köklü dəyişikliklə izləyicilərinin marağına səbəb olan idmançı Kamil Zeynallı istirahətə yollanıb. SİA xəbər verir ki, o, istirahət üçün Birləşmiş Ərəb Əmirliyini seçib.

K.Zeynallı idmana ara verdiyini və aylardır əməl etdiyi ciddi pəhrizini dayandırdığını qeyd edib. O, istirahətdən döndükdən sonra məşqlərinə qaldığı yerdən davam edəcəyini də açıqlayıb.

İdmançı tətildə çəkdirdiyi görüntüləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə