"...İndi mən sadəcə Lada olacağam, Danse isə..."

SİA-nın da xəbər verdiyi kimi, bir gün əvvəl qəza keçirən müğənni Lada Dance hələ də xəstəxanadadır. RİA Novosti xəbər verir ki, müğənninin konsert direktoru Sergey Pudovkin, zədə səbəbindən ifaçının danışmasının indi çətinləşdiyini bildirib.

O, qeyd edib ki, sənətçi buna baxmayaraq yumor hissini itirmir və hətta yeni təxəllüsü də ortaya atıb.

“...İndi mən sadəcə Lada olacağam. Danse (rəqs etmək) onsuz da bundan sonra mənim üçün çətin olacaq”.

Qeyd edək ki, bunları müğənnidən sitat gətirən Pudovkin,

əlavə edib ki, yaxşılaşarsa, pərəstişkarlarına müraciət yazıb, vəziyyəti ilə bağlı şəxsən onlara məlumat verəcək.

Xatırladaq ki, qəza avqustun 5-də müğənni Domodedovo hava limanından premium taksi ilə qayıdarkən baş verib. O, yaxın dostu, xoreoqraf Yelena ilə Moskva yaxınlığındakı Podolskda qəzaya düşüb. Qəza zamanı hər ikisi arxa oturacaqda olub. Müğənni bud nahiyəsindən zədə alıb, kəllə-beyin travması alıb, çoxsaylı qançırları var.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə