Ancelina Coli "Elle" jurnalının Meksika versiyasının yeni nömrəsinin qəhrəmanı olub. SİA xəbər verir ki, aktrisa dünya şöhrətli fotoqraf Herman Larkinin kamera qarşısına keçərək romantik pozalar verib. Colinin qayalıq mənzərənin fonunda ağ paltarda çəkilən şəkilləri qısa müddətdə sosial mediada yayılaraq diqqət çəkib.
Aktrisa nəşrə müsahibəsində Fransanın "Guerlain" ətir evinin YUNESKO ilə əməkdaşlıqda rəhbərlik etdiyi “Arılar üçün qadınlar” layihəsində iştirakından danışıb. Proqramın məqsədi iqlim dəyişikliyinin dağıdıcı təsirləri, pestisidlər və kimyəvi maddələrin istifadəsi nəticəsində arı populyasiyasının azalması ilə mübarizə aparmaqdır. O, həmçinin qadınların məşğulluğunu və təhsilini təmin edir.
"Ən vacibi maarifləndirməkdir. İnsanları maarifləndirmək lazımdır ki, arıların sayının azalmasının çox ciddi olduğunu başa düşsünlər. Vəziyyəti düzəltmək istəyiriksə, insanlar nə aldıqları, nə istifadə etdikləri barədə daha şüurlu olmalıdırlar. Yaxud arılar saxlamaqla və ya eko-aktivist olmaqla bunu əyləncəli layihəyə çevirə bilərsiniz”, - Coli bildirib.
O qeyd edib ki, Kambocadakı evində özü arı yetişdirir və Los-Ancelesdəki malikanəsinin bağçasını elə uyğunlaşdırıb ki, oraya polen və nektarla zəngin çiçəklər əkərək daha çox arı cəlb etsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB