İndi "X" adlanan "Twitter"in rəhbəri İlon Maskla "Meta" şirkətinin baş direktoru Mark Zukerberqin dueli sosial şəbəkədə canlı nümayiş olunacaq. SİA xəbər verir ki, Mark bu barədə öz hesabında məlumat verib.
“Zuk ilə Maskın döyüşü X-də canlı yayımlanacaq. Bütün gəlir veteranların xeyriyyə işlərinə yönəldiləcək”, - sahibkar yazıb.
Xatırladaq ki, Mask Zukerberqlə döyüşmək arzusu barədə iyun ayında yazıb. Qarşı tərəf isə onun bu çağırışını qəbul etdiyini açıqlayıb. Döyüş üçün artıq rəsmi danışıqlara başlanılıb, onun təşkilatçısı UFC prezidenti Dana Uayt olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB