Hadisə geyimi ilə gündəm yaradıb - FOTOLAR

Bodrumda Antik Teatrda səhnəyə çıxan müğənni Hadisə geyimi ilə gündəm yaradıb. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, dünən Hadisənin Bodrumda konserti baş tutub. Məlum olub ki, ulduzun bilet satışı rekordları qıran açıq hava konsertində pilləkənlərdəki yerlər belə satılıb.

Böyük izdiham və uzun növbələrin yaşandığı konsertdə Hadisə "Valentino" imzalı geyimi ilə səhnəyə çıxıb.

Özünəməxsus ifası ilə 6 rəqqası ilə möhtəşəm musiqi ziyafəti yaradan Hadisə kişi stilində olan ağ köynək və göy altaz pencəyini qısa qara şortik və qalstukla tamamlayıb. Onun fərqli səhnə tərzi diqqət çəkib.

Bütün xəbərlər Facebook səhifəmizdə