Moskva vilayətində qəzaya uğrayan rusiyalı müğənni və aktrisa Lada Dansın vəziyyəti ağır olaraq qalmaqdadır. Müğənninin konsert direktoru Sergey Pudovkin, Ladanı qəza yerindən Fövqəladə Hallar Nazirliyinin helikopteri ilə xəstəxanaya yerləşdirildiyini bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, ifaçı Moskva vilayətində M2 şossesində qəzaya düşüb. Qeyd edək ki, Lada taksidə olub. O, Soçidən gəldiyi Domodedovo hava limanından evə gedirmiş.
Qəzada kimin günahkar olduğunun hələ də bəlli olmadığını deyən Pudovkin, Ladanın vəziyyətinin ağır olduğunu və imkan daxilində hər şeyin yaxşı olacağına ümid etdiklərini bildirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB