Nadir xəstəlikdən əziyyət çəkən 55 yaşlı əfsanəvi kanadalı müğənni Selin Dionun vəziyyəti pisləşib. SİA xəbər verir ki, bu barədə ulduzun bacısı Klodette "Le Journal de Montreal" jurnalına açıqlamasında deyib. O bildirib ki, əzələ sərtliyi sindromu səbəbindən bu yay planlaşdırılan konsertləri ləğv edilən sənətçi xəstəliklə bağlı bütün birinci dərəcəli mütəxəssislərin məsləhətlərini dinləyir, lakin təəssüf ki, hələlik nəzərəçarpacaq irəliləyiş yoxdur.
"Düzünü desəm, ən çox istirahətə ehtiyacı var. O, həmişə əlindən gələni edir və daha yaxşı olmağa çalışır. Amma bir gün ürəyiniz və vücudunuz sizə bir şey söyləməyə çalışacaq və onları dinləmək vacibdir", - Klaudette müsahibəsində qeyd edib.
Əzələ sərtliyi sindromu mərkəzi sinir sisteminin xəstəliyidir ki, insan heç bir şəkildə əzələləri rahatlaşdıra bilmir, zaman keçdikcə, xəstəlik irəlilədikcə, hücumlar güclənir. Xəstəliyin səbəbləri elmə məlum deyil və təsdiqlənmiş müalicə protokolları da yoxdur. Çox vaxt xəstələrə fizioterapiya, masaj, akupunktur kompleksi və əzələ rahatlaşdırıcı dərmanlar təyin olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB