Meqanın 42 yaşı tamam oldu - FOTOLAR

Sasseks hersoginyası Meqan Markl bu gün 42 yaşını qeyd edir. SİA xəbər verir ki, Meqan həmişə aktiv həyat yaşayıb. Bir çox filmlərdə oynayan, eyni zamanda xeyriyyə işləri ilə məşğul olan aktrisa 2018-ci ildə Şahzadə Harri ilə evləndikdən sonra kino karyerası ilə vidalaşmalı olub.

Məşhur cütlüyün ayrı evlərdə yaşamağa başladığı deyilsə də, bir neçə gün əvvəl Meqanla Harrinin yutubda yayılan görüntüləri deyilənləri təkzib edib. Onlar özü isə bu barədə hələlik heç bir açıqlama verməyiblər.

Qalmaqallı ulduzların bu nikahından Arçi adlı oğulları və qızları Lilibet dünyaya gəlib.

Qeyd edək ki, Şahzadə Harrinin isə 38 yaşı var.

Meqanın doğum günü şərəfinə onun həyatını əks etdirən fotoları təqdim edirik.

Bütün xəbərlər Facebook səhifəmizdə