Nigar Camal hovuzdakı görüntülərini paylaşdı - VİDEO

Azərbaycana 2011-ci ildə "Avroviziya" sevinci bəxş edən müğənni Nigar Camal yeni paylaşımı ilə dillərə düşüb. SİA xəbər verir ki, sənətçi axşam saatlarında hovuzda üzərkən çəkilən görüntülərini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Nigar paylaşımına ingilis dilində "Dəniz kimi vəhşi və azad" şərhini yazıb.

Camalın hovuzdakı videosu izləyicilər tərəfindən maraqla qarşılanıb. Onlar müğənninin bu məharətinə "Su pərisi" adını verib.

Bütün xəbərlər Facebook səhifəmizdə