Əfsanəvi “The Eagles” qrupunun yaradıcılarından olan Rendi Meysner 77 yaşında vəfat edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Meysner 1971-ci ildə qrupun yaradılmasına kömək etdikdən sonra həm oxudu, həm də "Take it To The Limit" mahnısını yazmağa kömək etdi. Meqa-hit olan "Hotel California" və "The Best Of My Love" mahnılarına harmoniyalar qatan Meysnerin ölümü "Eagles"ın rəsmi saytında elan edilib.
Bildirilib ki, məşhur musiqiçi ağciyərin xroniki obstruktiv xəstəliyi ilə bağlı ağırlaşmalar səbəbindən dünyasını dəyişib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB