Əfsanəvi müğənni Sesiliya 79 yaşında vəfat edib - VİDEO

Çilili əfsanəvi müğənni Sesiliya "La Imcomparable" 79 yaşında vəfat edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, kədərli xəbər müğənninin rəsmi İnstaqram hesabında yayılıb.

Ölüm səbəbi "obstruktiv ağciyər xəstəliyi" olaraq açıqlanıb. Son iki həftədir xəstəxanada olan müğənninin ölümü Çilidə böyük kədərə səbəb olub.

1960-cı illərdə Çilidə musiqi səhnəsinə çıxan Sesiliya ölkənin ən önəmli müğənnilərindən birinə çevrilib. Dövrün adət-ənənələrini alt-üst edən sima kimi önə çıxan müğənni “Como una ola” mahnısı ilə Vina del Mar Beynəlxalq Mahnı Festivalında qalib olduqdan sonra məşhurlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə