Kıvanç Tatlıtuğ 8 saatdan çox çalışmaq istəmir

Türkiyənin tanınmış aktyoru Kıvanç Tatlıtuğ çəkiliş meydaçasında çox vaxt keçirmək istəmədiyini deyib. SİA xəbər verir ki, Türkiyə mediasının yazdığına görə, ulduz oğlunun necə böyüdüyünü görmək və onunla daha çox vaxt keçirmək üçün gündə 8 saatdan çox çalışmaq istəmir. O, bundan sonra çəkilişdə 8 saatdan çox qalmayacaq.

Onun bu qaydasını həmkarlarının necə qarşılayacağı maraq doğurub.

Bütün xəbərlər Facebook səhifəmizdə